SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda istehsal sahəsinə sərmayə qoyulmur

2022.04.19, 08:48
Şərqi Azərbaycanda istehsal sahəsinə sərmayə qoyulmur

Gunaz.tv

Məhəmməd Kəlami əyalətdə bu problemin həlli və istehsalçıların fəallaşması üçün 30 min milyard tümən vəsaitə ehtiyac olduğunu söyləyib.

Şərqi Azərbaycanda 1200 yarışmçıq layihənin olduğuna toxunan vali müavini onların tamamlanması üçün ötən il əyalətə ayrılan ümumi büdcənin 3 qatına ehtiyac duyduqlarını bildirib.

Qeyd edək ki, bundan bir müddət öncə Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm (Abdin Xurrəm) əyalətdə yüzlərlə yarımçıq layihənin olduğunu demişdi.

“Ölkənin ən böyük layihələri bizim əyalətin investorları hesabına reallaşdığı bir halda biz özümüz əyalətdə sərmayə qoymağa adam axtarırıq” deyə, Şərqi Azərbaycanın valisi mövcud şəraiti tənqid etmişdi.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar