SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda korrupsiya hallarını ifşa edən tibb işçisini həbs etmək istəyirlər-VİDEO

2022.01.20, 09:03
Şərqi Azərbaycanda korrupsiya hallarını ifşa edən tibb işçisini həbs etmək istəyirlər-VİDEO

Gunaz.tv

Təbrizli tibb işçisi Lalə Qaffari Tibb Universitetinin rəhbərliyi və səhiyyə sisteminin məsullarının koronavirus pandemiyası dövründə yol verdikləri qanunsuzluqları ifşa edib. Buna görə Lalə Qaffariyə təzyiqlər güclənib.

Lalə Qaffari yaydığı video-müracitədə ona qarşı qondarma ittihamlarla cinayət işinin açılmasına səy göstərildiyini və həbsi üçün zəmin hazırlandığını deyib.

“Özəlliklə koronavirus pandemiyası dövrü baş verən qanunsuzluq və özbaşınalıq hallarını, məsulların xəstələrin həyatına biganə yanaşmalarını ifşasından sonra mənə qarşı təzyiqlər artıb.

Məni sirləri ifşa etməkdə günahlandırır, təkzib verməyimi istəyir və həbsim üçün hazırlıq görürlər. Bu videomüraciəti yaymaqdan məqsədim baş verənləri xalqa çatdırmaq, onların məsələlərdən xəbərdar olmalarına və himayələrinə qazanmaqdır”-deyə, Lalə Qaffari bildirib.

Qeyd edək ki, İranda xüsusilə son illər korrupsiya geniş miqyas alıb və dövlət qurumlarının əksəriyyətində kök salıb. 

Cari ilin əvvəllərində Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata görə, İran dünyada ən çox korrupsiyaya bulaşmış ölkələrdən biri sayılır.

Hesabatda İran dünya üzrə 180 ölkə arasında korrupsiya miqyasına görə 149-cu yerdə qərarlaşır.

C.E

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar