Şərqi Azərbaycanda yüzlərlə kənd boşalıb

06.07.2022, 08:55

Şərqi Azərbaycan valiliyinin kənd işləri və şuraların işi üzrə məsulu Məhəmməd İskəndəri əyalət kəndlərinin problemlərindən danışarkən yüzlərlə kəndin boşaldığını deyib.

Gunaz.tv Quote | Gunaz article

O, Şərqi Azərbaycan kəndlərinin əsas probleminin su, yol və məişət məsələləri olduğunu və bu çatışmazlıqlar üzündən 349 kəndin əhalisinin köçdüyünü, kəndlərin xaraba qaldığını söyləyib.

Qeyd edək ki, xüsusilə son illər kəndlərdə problemlərin çoxalması ucbatından əhali böyü şəhərlərə üz tutmaq məcburiyyətində qalıb və hazırda Güney Azərbaycanda minlərlə kənd xarabaya çevrilib.

Bir müddət öncə Şərqi Azərbaycanın Çaroymaq mahalı ilə bağlı yayılan statistikada bölgə əhalisinin kəskin azaldığı bəlli olub.

40 il öncəki statistikada 65 min nəfər əhalisi olan mahalın hal-hazırda 32 min nəfər sakini var.

Ata-baba yurdlarını buraxıb köç etməyə məcbur olanlar iş tapmaq üçün əsasən İranın fars dilli mərkəzi əyalətləri və Tehran şəhərində məskunlaşırlar.

Cavidan 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social