SON XƏBƏRLƏR

Şərqi və Qərbi Azərbaycan əyalətlərində yanacaq doldurma məntəqələrinin 50%-i işləmir

2021.10.30, 08:53
Şərqi və Qərbi Azərbaycan əyalətlərində yanacaq doldurma məntəqələrinin 50%-i işləmir

Gunaz.tv

Oktyabrın 26-da yerli vaxtla saat 11:00-dan başlayaraq kiber nəticəsində fəaliyyəti iflic olan yanacaq doldurma məntəqələrinin çoxunun fəaliyyətini bərpa etmək mümkün olmayıb.

Şərqi Azərbaycan əyalətinin Neft Məhsulları Tədarükü Şirkətinin verdiyi məlumata görə, hazırda əyalətdə mövcud olan 181 yanacaq doldurma məntəqəsindən 86-nın fəaliyyətinin bərpa olunması mümkün olmayıb.

Okrtabrın 26-ı, yerli vaxtla saat 11:00-da baş verən kiber hücum nəticəsində İranda bütün yanacaq doldurma məntəqələrinin fəaliyyəti iflic olub.

Neft Məhsullarının Tədarükü Şirkətinin verdiyi açıqlamada məntəqələrin fəaliyyətinin bərpa vaxtı dəqiq bildirilməyib.

“Yanacaq doldurma məntəqələrinin yaxın günlər ərzində fəaliyyətinin bərpası mümkün olacaq”-deyə, məlumatda qeyd olunub.

Bununla yanaşı Qərbi Azərbaycan əyalətinin Neft Məhsullarının Tədarükü Şirkətinin başçısı Əhməd Mücərrəd mətbuata verdiyi açıqlamada əyalətdə yanacaq doldurma məntəqələrinin yalnız 50%-nın fəaliyyətinin bərpa olunduğunu qeyd edib.

Hazırda Şərqi Azərbaycan əyalətində gündəlik 3 milyon 200 litr benzin, 3 milyon 600 min litr mazot istifadə olunur.

Yanacaq doldurma məntəqələrinin çoxunun fəaliyyət göstərməməsi səbəbindən qara bazarda yanacağın qiyməti kəskin artıb.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar