SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda yol qəzalarında ölüm sayı artıb

2021.12.14, 12:43
Şərqi Azərbaycanda yol qəzalarında ölüm sayı artıb

Gunaz.tv

Əli Səfayifərd media nümayəndələrinə verdiyi açıqlamada ötən ilin müvafiq dövründə yol qəzalarında ölənlərin sayının 534 nəfər olduğunu, cari günəş ilində bunun 20% çoxaldığını bildirib. 

Başçı günəş ilinin ilk səkkiz ayında əyalət yollarında baş verən qəzalar nəticəsində 639 nəfərin həyatını itirdiyini, onlardan 133 nəfirn qadın. 506 nəfərin isə kişi olduğunu söyləyib. 

Tibbi Ekspertiza Mərkəzinin başçısı ölüm hallarının 451-nin şəhərdən qıraq yollarda baş verən qəzalar zamanı qeydə alındığını deyib. 

Bununla yanaşı cari günəş ilinin ilk səkkiz ayı ərzində qəzalar nəticəsində 2866-ı qadın olmaqla 11222 nəfər yaralanıb. 
Bu isə ötən ilin oxşar vdövrü ilə müqayisədə 9% çoxalıb.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar