SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda yol qəzalarında ölənlərin sayı kəskin artıb

2021.11.17, 10:58
Şərqi Azərbaycanda yol qəzalarında ölənlərin sayı kəskin artıb

Gunaz.tv

O, cari günəş ilinin ilk 7 ayı ərzində əyalətdə baş verən yol qəzalarında 556 nəfər həyatını itirdiyini və bunun ötən ilin oxşar dövrünə nisbətdə 18% artdığını deyib.

Qəzalarda həyatının itirənlərin 442-nin kişi, 114-nün qadın olduğunu deyən Səfayifərd, eyni müddətdə 9822 nəfərində bədən xəsarətləri aldığını və bununda ötən günəş ilinin eyni dövrü ilə müqayisədə 7% çoxaldığını açıqlayıb.

Tibbi Ekspertiza Mərkəzinin verdiyi məlumata görə, ötən günəş ilində Şərqi Azərbaycan əyalətində 715 nəfər yol qəzaları nəticəsində ölüb, 14 min nəfər isə yaralanıb.

Qeyd edək ki. İranın yolları dünyanın ən ölümcül yolları arasında yer alır.

İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.
Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə daha çoxdur.

İranın Tibbi ekspertiza Mərkəzinin yayınladığı son məlumata görə, ölkədə yol qəzalarında həyatını itirənlərin illik sayı ortalama 17 min nəfər, yaralananların sayı isə 35 min nəfər civarındadır.

İranın nəqliyyat donanmasının çox köhnə olması, avtomobillərin təhlükəsizlik yastıqları, kilid əleyhinə əyləclər və düzgün təhlükəsizlik kəmərləri ilə təchiz olunmaması qəzaların baş verməsinə böyük rol oynayır. 

Bununla yanaşı ən əhəmiyyətli risk faktorlarından biri də daxili istehsal olan keyfiyyətsiz avtomobillərin qəzalar zamanı dayanıqlılığının olmamasıdır.

“İrankargər” saytının verdiyi məlumata görə, ölkənin infrastrukturunun, o cümlədən yolların dağıdılması, qeyri-standart olması insanların həyatlarının itirilməsində əsas amillərdən biri sayılır. 

Belə ki, Almaniyada bir il ərzində baş verən qəzalar nəticəsində qeydə alınan ölüm halları ilə İranda 20 günlük yaz bayramındakı ölüm halları bərabərdir.

C.E 
 

افزایش مرگ و میر ناشی از حوادث کار در استان

Əli Səfayifərd

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar