SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda yol qəzalarında ölənlərin sayı artıb

2022.08.25, 07:47
Şərqi Azərbaycanda yol qəzalarında ölənlərin sayı artıb

Gunaz.tv

O, son 5 ay ərzində Şərqi Azərbaycan yollarında baş verən qəzalar nəticəsində 230 nəfərin həyatını itirdiyini bildirib.

Qeyd edək ki, İanda yol qəzalarında ölənlərin yeni statistikasına görə, bu ölkə dünyada yol qəzalarındakı ölüm sayına görə öndə gedən ölkələrdən sayılır.

Məlumata görə, 2021-ci ilin martından 2022-ci ilin martına qədər İranda yol qəzalarında 16778 nəfər ölub.

Aparılan araşdırmalara görə, yol qəzalarında ölü sayı İranda 165 ölkənin 101-dən çox, 63-dən isə azdır.

İranda yol qəzalarında ölü sayının çox olması həmdə daha bu ölkənin daxili istehsalı olan avtomobillərin keyfiyyətsizliyi ilə əlaqəlidir.

Baş verən qəzalarda milli avtomobillərin bir neçə parçaya bölünməsi, avtomobilin özü-özünə alışaraq yanması bir sıra rəsmiləri də buna etiraz etməyə məcbur edib.

İranda milli avtomobillərə xalq arasında ölüm arabaları adı verilib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar