SON XƏBƏRLƏR

Ərtoğrul Sağlam "Traxtur"dan ayrıldı

2022.06.10, 07:07
Ərtoğrul Sağlam "Traxtur"dan ayrıldı

Gunaz.tv

Məlumata görə, Sağlamın adı iyunun 9-da "Traxtur" klubunun "İnstaqram" profilindən silib. 

Qeyd edək ki, "Traxtur" klubunun rəhbərliyi türkiyəli baş məşqçini növbəti mövsüm üçün də saxlayacağı barədə vəd vermişdi.

Lakin təxribatlar və fikir ayrılığı nəticəsində baş məşqçinin Təbrizdə qalması mümkün olmayıb.

Bundan bir neçə gün öncə klubun baş direktoru Mir Məsum Söhrabi Sağlamla maliyyə məsələsində fikir ayrılığının yarandığını, ancaq növbəti mövsüm üçün onun saxlanılmasına çalışacaqlarını demişdi.

Ərtoğrul Sağlamın "Traxtur"dan ayrılması ilə Azərbaycan klubunda yenidən böhran dövrünün başlanması gözlənilir.

Qeyd edək ki, bir neçə gün öncə Ərtoğrul Sağlam mediaya verdiyi açıqlamada Ərəbistan və Qətərdən təkliflər almasına baxmayaraq Təbrizdə qalmaq, "Traxtur"u çempion görmək istədiyini deyib.

“"Traxtur" tərəfdarları üçün adi futbol komandasından ötədir. Onlar "Traxtur"la nəfəs alır, onunla yaşayırlar”-deyə, Sağlam bildirib.

Ehtimal edilir ki, Ərtoğrul Sağlamın illərdir İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH)  komandirlərinin nəzarətinə keçən "Traxtur" komandası ilə bağlı dediyi xoş sözlər rəhbərliyin xoşuna gəlmədiyi üçün türkiyəli baş məşqçini vaxtından əvvəl yola salmaq istəyirlər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar