SON XƏBƏRLƏR

Ruhani İranın nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmaq üçün 3-cü addımı atdığını rəsmən elan etdi

2021.10.20, 07:36
Ruhani İranın nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmaq üçün 3-cü addımı atdığını rəsmən elan etdi

Gunaz.tv

GünazTV: İran prezidenti Həsən Ruhani sentyabrın 4-də ölkəsinin nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmaq üçün 3-cü addımı atdığını rəsmən elan edib.

 

Ruhaninin bəyanatı, onun İran Məhkəmə Sisteminin rəisi axund İbrahim Rəisi və İran parlamentinin sədri Əli Laricani ilə keçirdiyi birgə iclasından sonra  açıqlanıb.

 

Ruhani deyib ki, İranın nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin azaldılması ilə əlaqədar 3-cü addımı sentyabrın 6-dan (sabahdan) başlanacaq: “Mənim İranın Atom Enerjisi Təşkilatına verdiyim göstərişimə əsasən, bu mərhələdə nüvə proqramının inkişafı və araşdırılması xüsusunda qoyulan məhdudiyyətlər aradan qaldırılacaq.

 

Belə ki, cümə günündən başlayaraq, biz müxtəlif növ sentrifuqaların, eləcə də yeni sentrifuqaların öyrənilib genişləndirilməsi ilə bağlı aparılan araşdırma və inkişafın, o cümlədən də uranın zənginləşdirilməsi ilə əlaqədar lazım olan bütün fəaliyyətlərin bərpasının şahidi olacağıq.

 

Güman etmirəm ki, biz bu gün və ya sabah Abropa ölkələri ilə hansısa son bir razılığa gələ biləcəyik. Məhz buna görə də artıq öhdəliklərimizi azaltmaq üçün 3-cü addımı atmaq qərarına gəlmişik və hesab edirəm ki, bu addımın detalları bir-iki günə elan ediləcək və biz elan ediləcək yeni qərara əsasən əməl edəcəyik” –deyə İran prezidenti Həsən Ruhani vurğulayıb.

 

Qeyd edək ki, rəsmi Tehran bundan əvvəl dəfələrlə nüvə sazişini imzalamış Avropa ölkələrini İrana verdikləri iqtisadi vədləri yerinə yetirməməkdə günahlandırıb. O, Avropa ölkələrini təhdid edərək bildirib ki, əgər verilən iqtisadi vədlər yerinə yetirilməsə, İran nüvə fəaliyyətini yenidən bərpa edəcək.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar