SON XƏBƏRLƏR

Ruhani: "Koronavirusa yoluxub karantin qaydalarına əməl etməyənlər cəzalandırılacaqlar"

2021.10.20, 07:36
Ruhani: "Koronavirusa yoluxub karantin qaydalarına əməl etməyənlər cəzalandırılacaqlar"

Gunaz.tv

GünAz TV: İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə çərçivəsində qəbul edilmiş qərarların aprelin 8-nə qədər davam edəcəyini bəyan edib.

 

O, bu gün Koronavirusla Mübarizə üzrə Milli Qərargahın tədbirində etdiyi çıxışda bildirib ki, insanlar qaydalara riayət etməsələr, görülən tədbirlər də bir nəticə verməyəcək.

 

Həsən Ruhaninin sözlərinə görə, hazırda bəzi əyalətlərdə koronavirusa yoluxma və bu xəstəlikdən ölmə halları yüksək olduğundan, dövlət "daha ciddi" tədbirlər görməyə məcburdur.

 

İran prezidenti həmçinin qeyd edib ki, sözügedən Qərargahda koronavirusa yoluxduğu təqdirdə, özünü karantinə almayan və digər insanlarla ünsiyyətdə olan insanlarla bağlı ciddi intizam tədbirlərinin görülməsi xüsusunda müzakirələr gedir.

 

Ruhani sonda pandemiyaya yoluxmuş şəxsləri evdə və ya dövlətin yaratdığı reabilitasiya mərkəzlərində qalmağa və zərurət olmadığı təqdirdə, xəstəxanalara müraciət etməməyə çağırıb.

 

İran rejiminin koronavirusla bağlı qəbul etdiyi yeganə mühüm qərar sosial təcriddir. Bu qərara əsasən, insanların öz əyalətlərində kənara çıxmalarına icazə verilmir.

 

Qeyd etmək lazımdır ki, koronavirus İranda ilkin olaraq Qum şəhərində yayılmağa başlayıb. Bundan sonra xalq və bəzi siyasətçilər hökumətdən Qumu karantinə almaqla, virusun digər bölgələrinə ayaq açmasının qarşısını almağı tələb etsələr də, karantin tədbirlərinin görülməməsi koronavirusun tezlikdə ölkənin digər bölgələrinə də yayılması ilə nəticələndi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar