SON XƏBƏRLƏR

Ruhanidən iddia: “Benzinin bahalaşacağı tarixi mən də bilmirdim”

2021.10.20, 07:36
Ruhanidən iddia: “Benzinin bahalaşacağı tarixi mən də bilmirdim”

Gunaz.tv

GünAz TV: İranın prezidenti Həsən Ruhani benzinin qiymətinin artırılacağı tarixi öncədən özünün də bilmədiyini iddia edib.

 

O, Şərqi Azərbaycan əyalətinə səfəri çərçivəsində etdiyi çıxış zamanı müvafiq orqanlara bu təklifi göndərdiyini və özünün qiymət artımının dəqiq tarixindən məlumatsız olduğunu deyib.

 

“Benzin məsələsini Daxili İşlər nazirinə və Ali Milli Təhlükəsizlik Şurasına tapşırmışdı. Dedim icrası sizin və Dövlət Teleradio Şirkətinin işidir, gedin, mənə də xəbər vermədən, münasib gördüyünüz vaxtda qiyməti qaldırın”, - deyə Ruhani əlavə edib.

 

O, qiymət artımından bir gün sonra, cümə günü səhəri bundan xəbər tutub.

 

Ruhaninin iddiasının əksinə olaraq, benzinin bahalaşmasından öncə bu xüsusda xəbərlər dərc edilirdi və onun rəhbərlik etdiyi hökumətin rəsmiləri həmin məlumatları təkzib edirdilər və yanacağın bahalaşmasının müzakirə edilmədiyini deyirdilər.

 

Xatırladaq ki, İrandan benzinin qiymətinin artırılması hər 3 sistemin rəhbərinin qərarı ilə bahalaşmışdı və Əli Xamneyi də onların qərarını dəstəkləmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar