SON XƏBƏRLƏR

Rus xakerlər İranın kiber məkanlarını ələ keçirib, onlarla dünyanın bir neçə ölkəsinə qarşı hücum təşkil ediblər

2021.10.20, 07:36
Rus xakerlər İranın kiber məkanlarını ələ keçirib, onlarla dünyanın bir neçə ölkəsinə qarşı hücum təşkil ediblər

Gunaz.tv

GünAz TV: Rus xakerlərin İranın maddi-texniki bazalarından istifadə etməklə, dünyanın bir neçə ölkəsinə qarşı kiber hücumlar təşkil etmələrilə bağlı xəbərlər yayılıb.

 

Qərb media orqanlarının Amerika və Britaniyanın xüsusi xidmət orqanlarına istinadən yaydıqları xəbərlərə əsasən, “Turla” adlanan rus xaker qrupu ötən 18 ay ərzində İranın resurslarından istifadə edərək, dünyanın 20 ölkəsinin dövlət və sənaye müəssisələrinə hücumlar təşkil ediblər.

 

Orqanların araşdırmarı nəticəsində məlum olub ki, iranlı xakerlər bu hücumlarda iştirak etməyiblər. Ruslar onlara xəbər vermədən və tərəflərin razılaşması olmadan, İranın kiber mərkəzlərindən istifadə ediblər. Həttə bəzi mənbələr bildirirlər ki, ruslar iranlı xakerlərin istifadə etdikləri mərkəzləri kiber hücumla ələ keçirib, İran kiber qrupu adı altında maskalanaraq, bu hücumları təşkil ediblər.

 

Rusların ələ keçirib, onun adı altında hücum təşkil etdikləri İran kiber qrupunun adının “APT34” olduğu bildirilir. 

 

Qeyd etmək lazımdır ki, Çex Respublikası və Estoniya “Turla” qrupunu kiber casusluqda ittiham edirlər. Həmin ölkələr bu qrupun arxasında Rusiya dövlətinin və xüsusi xidmət orqanlarının dayandığını bildirirlər.

 

Hələ ki, rəsmi Moskva və Tehran yayılan xəbərlərə münasibət bildirməyiblər. “Reuters” agentliyi hücumların daha çox Yaxın Şərq ölkələrinə və Britaniyanın dövlət orqanlarına qarşı həyata keçirildiyini yazıb.

 

Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin (MI6) yüksək rütbəli rəsmilərindən olan Paul Çiçester məsələ ilə bağlı bildirib ki, təmsil etdiyi qurum digər ölkələrin adı altında gizlənib, kiber hücumlar təşkil edən xakerlərin şəxsiyyətini müəyyənləşdirməyə qadirdir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar