SON XƏBƏRLƏR

Rusiya tarixinin ən irimiqyaslı manevrinə hazırlaşır

2021.10.20, 07:36
Rusiya tarixinin ən irimiqyaslı manevrinə hazırlaşır

Gunaz.tv

GünAz TV: Rus ordusu Sovet dövründən sonra ilk dəfə bu qədər irimiqyaslı hərbi təlim keçirmək üçün hazırlaşır.


Rusiya müdafiə naziri Sergey Şoygu, Sibirin Abakan şəhərində, "Vostok-2018" adlı manevrə dair verdiyi açıqlamada: 1981-ci ildəki "Zapad-81" manevrindən sonra Rusiya ilk dəfə ən irimiqyaslı və yüksək iştirakın olacağı hərbi təlim keçirəcək. Manevrə təxminən 300 min əsgər və mindən çox hərbi texnika qatılacaq”-deyə  nazir vurğulayıb.


Şoygu bildirib ki, ölkənin şərq və mərkəz ərazilərindəki hərbi bölgələrdə ediləcək manevrdə, Şimali Fleet, Pacific Fleet və bütün hava qüvvələri ünsürləri iştirak edəcək.


Sentiyabrın 11-15-i tarixlərində Rusiyanın şərqində və sibirdə keçiriləcək manevrdə Çin və Monqolustanda hərbi ünsürlər qatılacaq.


Qeyd edək ki, keçən il Rusiyanın Belarus ilə birgə Avropa sərhədlərinə yaxın ərazilərdə həyata keçirdiyi "Zapad (Qərb) -2017" manevrdə rəsmi olaraq 12 min 700 əsgər iştirak etmişdi. NATO isə həmin manevrdən etiraz etmiş və açıqlanandan daha çox hərbçinin iştirak etdiyini irəli sürmüş və NATO-nun yeni bir soyuq müharibə istəmədiyini bildirmişdi. Manevr, Polşa, Litva və Ukrayna tərəfindən də reaksiya ilə qarşılanmışdı. TRT


N.S


SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar