SON XƏBƏRLƏR

Vərziğanda “Ağca qala” abidəsi dağıdılıb-VİDEO

2022.06.17, 08:31
Vərziğanda “Ağca qala” abidəsi dağıdılıb-VİDEO

Gunaz.tv

Sayt Şərqi Azərbaycanın Vərziğan bölgəsində yerləşən “Ağca qala” adlı tarixi qalanın dağıdıldığını yazıb.

Məlumatda Vərziğanın 50 kilometrliyində yerləşən tarixi abidənin qorunmadığı üçün qanunsuz tarixi əsər qaçaqmalçıları tərəfindən uçurulduğu bildirilib.

3 min kvadratmetr sahəsi olan tarixi abidənin müxtəlif yerlərində dəriliyi bir neçə metr olan çox sayda tunellərin qazıldığı göstərilib.

Tunellərin olduqca geniş və dərin olması orada qanunsuz qazıntı aparan qaçaqmalçıların abidənin qorunmadığından arxayın olaraq günlərlə çalışdıqlarını sübut edir. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar