SON XƏBƏRLƏR

Vərziğanda əməliyyat: Tarixi əsər qaçaqmalçıları saxlanılıb

2022.01.12, 11:49
Vərziğanda əməliyyat: Tarixi əsər qaçaqmalçıları saxlanılıb

Gunaz.tv

Bölmənin başçısı Kazım Dadaşi deyib ki, Vərziğanın Sığındil kəndə ərazisində həyata keçirilən əməliyat nəticəsində tarixi ərazidə qanunsuz qazıntı ilə məşğul olan iki qaçaqmalçı müəyyən edilib.

Daha üç qaçaqmalçının hadisə yerindən qaçdığını deyən K.Dadaşi qazıntı yerindən bir ədəd tarixi daş lövhə və sındırılmış qədim keramik qab qalıqlarının götürüldüyünü bildirib.

Onun sözlərinə görə, hadisə yerindən qaçan 3 nəfərin saxlanılması üçün tədbirlər görülüb.

Qaçaqmalçılara məxsus mexaniki və elektron qazıntı avadanlıqları müsadirə edilib və saxlanılan 2 nəfər məhkəmə orqanlarına təhvil verilib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar