SON XƏBƏRLƏR

“Zəhərli tullantılar təbiəti məhv edir" -Vərziğanlılar qızıl mədənlərinin yaratdığı problemlərdən narazıdır

2022.02.05, 14:38
“Zəhərli tullantılar təbiəti məhv edir" -Vərziğanlılar qızıl mədənlərinin yaratdığı problemlərdən narazıdır

Gunaz.tv

Xarvana Şəhər Şurasının başçısı Qurban Mehdipur bölgə əhalisinin nümayəndəsi kimi ictimaiyyətə və əlaqədar qurumlara müraciət edib.

O, bildirib ki, qızıl mədənlərinin istismarından yerli əhaliyə ancaq çevrənin, yeraltı və yerüstü su qaynaqlarının çirklənməsi, əkin və otlaq sahələrinin məhv olması miras qalıb.

“Zəhərli tullantıların təbiətə buraxılması nəticəsində bölgədə vəhşi təbiət, kəndlilərin mal-qarası məhv olur. Bununla bağlı çoxsaylı müraciətlərimizə, videofaktlar təqdim etməyimizə  baxmayaraq səsimizi eşitməyiblər”-deyə, Qurban Mehdipur bildirib.

Onun sözlərinə görə, hələ bu günə kimi qızıl mədənlərinin kimlər, hansı şirkətlər tərəfindən istismar olunduğu ilə bağlı dəqiq açıqlama verilmir, yerli əhalinin işləməsinə şərayit yaradılmır.

“Sağımız-solumuzun qızıl mədənləri ilə zəngin olmasına baxmayaraq sosial yardımın umuduna qalmışıq”-deyə, Şəhər Şurasının başçısı müraciətini bitirib.

C,E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar