SON XƏBƏRLƏR

Savalan dağında hərbi təyyarə qəzaya uğrayıb

2021.10.20, 07:36
Savalan dağında hərbi təyyarə qəzaya uğrayıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil Əyalətində İrana məxsus “MiG-29” tipli qırıcı təyyarə qəzaya uğrayıb.

 

Mətbuat Ərdəbil Valiliyinin rəsmilərindən birinə istinad edərək hadisənin Savalan dağı yaxınlığında, Baba Məqsud zirvəsi üzərində baş verdiyini qeyd edib. Qəza nəticəsində pilot həlak olub.

 

Hadisə yerinə Qızıl Aypara Cəmiyyətinin helikopteri və əyalətin Fövqəladə İdarəsinin xilasedici qrupu cəlb edilib.

 

Təyyarənin qalıqlarının və qara qutusunun hələlik tapılmadığı bildirilir. 

 

Araşdırma davam edir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar