SON XƏBƏRLƏR

Saxlanılan güney azərbaycanlı fəalların ailə üzvləri təhdid edilir – Ərdəbildə

2021.10.20, 07:36
Saxlanılan güney azərbaycanlı fəalların ailə üzvləri təhdid edilir – Ərdəbildə

Gunaz.tv

GünAz TV: Ərdəbil şəhərində noyabr etirazları zamanı saxlanılan güney azərbaycanlı fəalların ailə üzvləri təhlükəsizlik qüvvələri tərəfindən təhdid edilir, onlardan bəziləri iş yerindən çıxarılıb.

 

Təhlükəsizlik qüvvələri fəalların ailəsini təhdid edərək onlara əzizlərinin saxlandığı barədə xəbər yaymaqla bağlı xəbərdarlıq ediblər.

 

Məlumata görə, “Sepah” və Ettelaat əməkdaşları Azərbaycanın müxtəlif şəhərlərində tutulan fəalların ailə üzvləri ilə telefon əlaqəsi saxlayır və ya evlərinə müraciət edirlər. Təhlükəsizlik qüvvələri bildirir ki, əgər əzizlərinizin saxlanıldığı ilə bağlı mətbuata məlumat verməsəniz, onlar sərbəst buraxılacaq, əks halda siz özünüz də saxlanıla bilərsiniz.

 

Benzinin bahalaşmasına etiraz olaraq keçirilən aksiyalar zamanı saxlanılan güney azərbaycanlı fəallardan biri də Arəş Cavanşirdir. O noyabrın 16-da saxlanılıb, bu günə qədər onun vəziyyəti haqda heç bir məlumat yoxdur. Məlumata görə, təhlükəsizlik qüvvələri fəalın ailəsinə davamlı olaraq təzyiq göstərir, onun qardaşı isə iş yerindən uzaqlaşdırılıb.

 

Ötən günlərdə etirazlarla bağlı saxlanılan güney azərbaycanlı milli-mədəni fəalların İran təcridxanalarında işgəncə edildiyinə dair xəbər yayılmışdır. Ehtimal olunur ki, təhlükəsizlik qüvvələri azərbaycanlı fəallar üçün qondarma dosye quraşdırmaq məqsədi ilə onları öz əleyhinə ifadə verməyə məcbur edir, bunun üçün də amansız işgəncə üsullarından istifadə olunur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar