SON XƏBƏRLƏR

“Sepah”ın keçmiş komandanı Qasım Süleymaninin daxili etirazçılara qarşı repressiyalardakı rolunu qiymətləndirib

2021.10.20, 07:36
“Sepah”ın keçmiş komandanı Qasım Süleymaninin daxili etirazçılara qarşı repressiyalardakı rolunu qiymətləndirib

Gunaz.tv

GünazTV: “Sepah” terror təşkilatının keçmiş baş komandanı Məhəmmədəli Cəfəri fevralın 9-da “Twitter” səhifəsində paylaşdığı bir yazısında qurumun “Qüds” briqadasının sabiq komandanı Qasım Süleymaninin daxili etirazçılara qarşı aparılan repressiyalardakı rolunu yüksək qiymətləndirib.

 

Bununla da, “Sepah”ın keçmiş komandanı Qasım Süleymaninin son illər ölkədə rejimə qarşı keçirilən etirazlarda dinc müxaliflərə qarşı tətbiq edilən qanlı repressiyalarda əsas rollardan birini oynadığını təsdiq edib.

 

Cəfəri bildirib ki, Qasım Süleymani küçə və meydanlarda rejimə qarşı keçirilən kütləvi etirazları yatırmaqda həmişə iştirak edib: “Qasım Süleymani 1999-cu və 2009-cu illərdə ölkədə baş verən fitnələrin (1999-cu ildə baş verən tələbə hərəkatı və 2009-cu ildə Mirhüseyn Musəvinin başçılıq etdiyi yaşıl hərəkat nəzərdə tutulur – red) yatırılmasında və əksinqilabçıların qarşısını almaq üçün küçə və meydanlarda yaşanan xaos və qarmaqarışıqları nəzarətdə saxlamaq üçün fəal iştirak edir, səmərəli addımlar atırdı.

 

Biz, dəfələrlə onun “Sarəllah” qərargahında (“Sepah”a bağlı repressiv qərargah -red) hüzurunun şahidi olmuşduq. Qasım Süleymani bu fitnələrin qarşısını alarkən, həm də siyasi məsələlərdə öz nüfuzundan istifadə edərək elita arasında maarifləndirmə işi aparmaq niyyətində idi” -deyə, “Sepah”ın keçmiş baş komandanı Məhəmmədəli Cəfəri “Twitter”də paylaşdığı yazısında bəyan edib.

 

Xatırladaq ki, yanvarın 3-ü, saat 02:00-da Bağdadın hava limanı yaxınlığında “Sepah” terror təşkilatının “Qüds” briqadasının komandanı Qasım Süleymani, Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumunda məhv edilib.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar