SON XƏBƏRLƏR

“Sepah” Qasım Süleymaniyə qarşı sui-qəsd hazırlayan qruplaşmanı tutduğu barədə məlumat yayıb

2021.10.20, 07:36
“Sepah” Qasım Süleymaniyə qarşı sui-qəsd hazırlayan qruplaşmanı tutduğu barədə məlumat yayıb

Gunaz.tv

GünAz TV: “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsinin rəhbəri Hüseyn Taib “Qüds Briqadası”nın komandanı Qasım Süleymaniyə qarşı sui-qəsd planının aşkarlandığını bəyan edib.

 

“Sepah” komandanlarının 23-cü Assambleyasında çıxış edən Taib 3 nəfərdən ibarət olan dəstənin “İsrail və ərəb ölkələrinin xüsusi xidmət orqanları tərəfindən bu iş üçün məxfi əməkdaşlığa cəlb edildiyini” deyib.

 

O iddia edib ki, həmin şəxslər planı həyata keçirmək üçün qonşu ölkələrdən birinə çıxarılıb və orada hərbi təlimlər keçiblər.

 

Hüseyn Taib həmin şəxslərin “tasua” və “aşura” mərasimlərindən öncə tutulduqlarını deyib.

 

Onun sözlərinə görə, qruplaşma sui-qəsdi “Fatimiyyə günləri”ndə, Qasım Süleymaninin atasının “Hüseyniyyəsi”ndə həyata keçirməyi planlaşdırıbmışlar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar