SON XƏBƏRLƏR

SEPAH rəhbərliyində dəyişiklik

2021.10.20, 07:36
SEPAH rəhbərliyində dəyişiklik

Gunaz.tv
SEPAH rəhbərliyində dəyişiklik Əmri Ayətullah Xamneyi imzalayıb İran islam inqilabından sonra yaradılan və ali dini rəhbərə tabe olan İnqilab Keşikçiləri Ordusunun (SEPAH) komandanlığında dəyişiklik edilib. Bu barədə əmri ali dini rəhbər Ayətullah Xamneyi imzalayıb. Əmrə əsasən SEPAH-ın baş komandanının canişini vəzifəsi Seyid Məhəmməd Hecaziyə, baş komandanın müavini vəzifəsi isə Camalləddin Abruməndiyə həvalə olunub. SEPAH-ın baş komandanı general Məhəmmədəli Cəfəri isə dünyada islam inqilabının yayıldığını bildirərək bu prosesi "qarşısıalınmaz" kimi xarakterizə edib. ("OLAYLAR"İA) ------------------------------------------------------------------------------------------------- Azərbaycan prezidenti Finlandiyaya ilk dəfə rəsmi səfər edəcək _ilham_aliyev_150207-big.jpg Azərbaycan, Bakı, 27 may / Trend News , müxbir M.Əliyev/ Azərbaycan prezidenti Finlandiyaya ilk dəfə rəsmi səfər edəcək. Bu barədə Trend News-a çərşənbə axşamı Helsinkidən telefonla Finlandiya prezidentinin dəftərxanasından məlumat verilib. Mayın 28-30-da baş tutacaq səfər zamanı İlham Əliyev Finlandiya prezidenti Tarya Halonenlə görüşəcək, parlamentdə olacaq və «Paasikivi» Cəmiyyətində muhazirə ilə çıxış edəcək. Cümə günü, mayın 30-da prezident İlham Əliyev Baş nazir Matti Vanhanenlə görüşəcək. Xanım Halonenin Azərbaycana ilk səfəri 2005-ci ilin sentyabr ayında baş tutub. O, 2000-ci ildən Finlandiya prezidenti postunu tutur. Neft və qaz idxal edən Finlandiya Azərbaycan ilə energetika sahəsində əməkdaşlığın inkişafında maraqlıdır. Bu ölkə atom enerjisi sahəsində dünya üzrə liderdir və hazırda burada dünyanın ən iri atom stansiyası inşa edilir. Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar