SON XƏBƏRLƏR

Şərif Şərifov ilk Avropa çempionluğunu qazanıb

2021.10.20, 07:36
Şərif Şərifov ilk Avropa çempionluğunu qazanıb

Gunaz.tv

GünAz TV: Azərbaycanın sərbəst güləş komandası Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında daha bir qızıl medal qazanıb.

 

92 kiloqram çəki dərəcəsində mübarizəyə 1/4 finaldan başlayan Şərif Şərifov Rusiya nümayəndəsini üstələyərək yarımfinala yüksəlib.

 

Gürcüstan pəhləvanına da öz gücünü göstərən dünya və olimpiya çempionu ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə AÇ-nin finalına adlayıb. Finalda polşalı rəqibinə də heç bir şans tanımayan Şərif ilk dəfə Avropa çempionu olub.

 

Şərifov bununla da böyüklər arasında olimpiya, dünya və Avropa çempionu olan ilk güləşçimiz ünvanını qazanıb.

 

Xatırladaq ki, dünən Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medal qazanıblar.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar