SON XƏBƏRLƏR

Şərqi Azərbaycanın Ərzin kəndi məhrumiyyətlər içində - Kəndin məktəbindən GÖRÜNTÜLƏR

2021.10.20, 07:36
Şərqi Azərbaycanın Ərzin kəndi məhrumiyyətlər içində - Kəndin məktəbindən GÖRÜNTÜLƏR

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda kənd əhalisinin məktəb çatışmazlığı bütün əyalətlərdə böyük problemə çevrilib.

 

Şərqi Azərbaycan Əyalətində yerləşən Xudafərin şəhərinin Ərzin kəndi əhalisinin uşaqları da çox ağır vəziyyətdə təhsil alır, onlar bərbad vəziyyətdə olan sözdə məktəbdə dərs oxuyur.

 

Məlumata görə, birinci və ikinci sinifin dərs saatları eyni vaxtdadır, şagirdlərə bir otaqda dərs keçirilir. Xüsusi ilə birinci sinifin müəllimi ayda bir dəfə məktəbə gəlir. Bu o deməkdir ki, şagirdlər birinci sinifi düzgün başa vurmadan ikinci sinifə daxil olurlar.

 

Müəyyən mövsümlərdə kəndə qayıdan ailələri nəzərə almasaq, Ərzin kəndində 6, 7 ailə qalıb. Məlumata görə, bu ailələrin də kənddən köçmək üçün maddi imkanları yoxdur və ya yaşlı ailələr hesab olunur.

 

Əslində Ərzin kəndi və kəndin məktəbində yaşanan acınacaqlı vəziyyət Güney Azərbaycanın digər kəndlərinin vəziyyəti ilə ciddi fərqlənmir. Azərbaycan kəndlərinin əksəriyyətində uşaqlar bərbad vəziyyətdə olan məktəblərdə təhsil alır. Hətta bəzi kəndlərdə kanekslər (dəmirdən hazırlanmış sığınacaq evlər) məktəb kimi istifadə olunur. Bundan əlavə, Ərzin kəndində olduğu kimi, əksər Azərbaycan kəndləri yol və mayə qazdan da məhrumdur.

 

Ərzin kəndinin məktəbi:

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar