SON XƏBƏRLƏR

Hüseyn Əmir Abdullahiyan: “Səudiyyə Ərəbistanı 3 diplomatımıza viza verib”

2021.12.24, 05:45
Hüseyn Əmir Abdullahiyan: “Səudiyyə Ərəbistanı 3 diplomatımıza viza verib”

Gunaz.tv

Hər iki ölknin münasibətlərində həm müsbət və həm mənfi məqamların olduğunu seyən Abdullahiyan deyib ki, rəsmi Tehran İraq hökumətinin vasitəçiliyi ilə Bağdadda Səudiyyə Ərəbistanı ilə aparılan danışıqların növbəti mərhələsində iştirak edəcək.

“Biz iraqlı həmkarım Fuad Hüseyn və İraqın baş naziri Mustafa əl-Kaziminin səyi və təşəbbüsü nəticəsində ölkəmizlə Səudiyyə Ərəbistanı arasında Bağdadda keçirilən danışıqların növbəti dövründə iştirak edəcəyik.

Biz həmçinin Səudiyyə Ərəbistanı ilə ölkəmiz arasında yaranmış anlaşılmazlıqları aradan qaldırmaq və ölkələrimizin normal münasibətlərə qayıtmasına yardım edən İraq hökumətinə öz təşəkkürümüzü bildiririk.

Səudiyyə Ərəbistanı ötən həftə Ciddədə yerləşən İslam Əməkdaşlıq Təşkilatında qərarlaşacaq üç diplomatımıza viza verməyə razılıq verib”, -deyə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bəyan edib.

Xatırladaq ki, Tehranla Ər-Riyad münasibətləri 2016-cı ilə Səudiyyə Ərəbistanında İrana casusluqda, İran meyilli yerli şiələri zorakılığa təşviq etməkdə günahlandırılan ekstremist şiə axundu axund “Şeyx Nəmər Baqir əl-Nəmər”in edam olunmasının ardınca Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumdan və bu ölkənin Məşhəddəki konsulluq binasının yandırılmasından sonra kəsilib.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar