SON XƏBƏRLƏR

“Rusiya bölgədə hər hansı sərhəd dəyişikliyinə həssas yanaşmalıdır”-İranın xarici işlər naziri

2021.10.20, 07:36
“Rusiya bölgədə hər hansı sərhəd dəyişikliyinə həssas yanaşmalıdır”-İranın xarici işlər naziri

Gunaz.tv

Qeyd edək ki, iranlı nazir oktyabrın 5-də rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Rusiya paytaxtına səfər edib.

Moskvaya səfərindən əvvəl bölgədə baş verən olayları mütəmadi olaraq diplomatik kanallar və telefon əlaqələri vasitəsilə rusiyalı həmkarı Sergey Lavrovla müzakirə etdiyini və İranın nigaranlıqlarını ona çatdırdığını bildirən Hüseyn Əmir Abdullahiyan deyib ki, son illər İranla Rusiyanın regional siyasətləri bir-birinə yaxınlaşıb.


“Bizim Rusiya rəsmilərindən gözləntimiz odur ki, bölgədə hər hansı bir mümkün sərhəd dəyişikliyinə, terrorçuların mövcudluğuna və bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə qarşı olan İsrail hərəkətlərinə həssaslıqla yanaşsınlar”, -deyə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Moskvada jurnalistlərə açıqlamasında bildirib.


Abdullahiyan deyib ki, o bu gün (oktyabrın 6-sı) Rusiya rəsmiləri ilə keçirəcəyi görüşlərdə məsələ ilə bağlı daha ətraflı danışıqlar aparacaq, regionda baş verən digər məsələlər barədə fikir mübadiləsi aparacaq. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar