SON XƏBƏRLƏR

İsfahanda kütləvi intihar hadisəsi baş verib

2022.07.09, 08:22
İsfahanda kütləvi intihar hadisəsi baş verib

Gunaz.tv

Bu barədə İran televiziyasına açıqlamasında İsfahanın baş hakimi Əsədullah Cəfəri bildirib.

O, ailənin 5 üzvünün özlərini asaraq intihar etdiklərini təsdiq edib.

Cəfəri hadisənin bir neçə gün öncə baş verdiyini, ancaq məsələnin üstünün iyulun 8-də açıldığını deyib.

O, intihar səbəbləri barədə açıqlama verməsə də, sosial mediada ailənin son vaxtlar şiddətlənən bahalıq, inflyasiya və məişət problemləri üzündən intihar etdikləri yazılıb.

Qeyd edək ki, xüsusilə son illər İranda intihar sayı kəskin artıb və bu bütün yaş qruplarına mənsub vətəndaşlar arasında özünü göstərir.

Məişət problemləri ilə yanaşı intihar sayının artmasında fərdi azadlıqların məhdudluğu, gələcəyə ümidsizlik və depressiv problemlərin çoxalması əhəmiyyətli dərəcədə rol oynayır.

Bir müddət bundan öncə İran Səhiyyə Nazirliyi və müstəqil psixoloqlar İran vətəndaşlarının ortalama  25-30 faizində psixoloji problemlərin olduğunu bildiriblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar