SON XƏBƏRLƏR

İsfahanda gərginlik: Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

2021.11.26, 14:24
İsfahanda gərginlik: Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

Gunaz.tv

Sosial şəbəkələrdə və müxtəlif mediada yayılan məlumata görə, polis və mülki geyimli təhlükəsizlik qüvvələri bu gün səhər saatlarından çayın ətrafında toplaşan dinc etirazçılara qarşı daha aqressiv davranaraq, onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Yayılan məlumatlara əsasən, polis qüvvələrinin dinc əhaliyə qarşı zorakılığına baxmayaraq, minlərlə etirazçı qurudulmuş Zayəndərud çayının ətrafında toplaşaraq rejimə qarşı şüarlar səsləndirir, hökumətdən yerli əhalinin suya, o cümlədən də içməli suya olan ehtiyacını təmin etməsini tələb edirlər.

Bildirilir ki, bəzi yerlərdə polis qüvvələrinin zorakılığa əl atmasına və əhaliyə qarşı gözyaşardıcı qazdan istifadə etməsinə müqavimət göstgərən etirazçılar özlərini qorumaq üçün polisə daş atır, ölkə rəhbərlərinin səriştəsizliyinə qarşı şüarlar səsləndirirlər.

Bəzi yerlərdə isə polislə etirazçılara arasında qarşıdurmaların baş verdiyi bildirilsə də, etirazlarda mümkün həbslərin baş verib-verilməməsi barədə hələlik hər hansı bir məlumat yayılmayıb. 

Xatırladaq ki, dünən səhər saatlarında polis və təhlükəsizlik qüvvələri iki həftədən bəri Zayəndərud çayının ətrafında çadır quraraq oturaq etiraz aksiyası keçirən dinc etirazçılara qəfil hücum etmiş, onları vəhşicəsinə döydükdən sonra çadırlarını yandırmışdılar. 

Image

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar