SON XƏBƏRLƏR

İsfahandan başlanan su üsyanı böyüyür: Çahar Mahal və Bəxtiyari əyalətində on minlərlə əkinçi etiraza qalxdı

2021.11.22, 08:33
İsfahandan başlanan su üsyanı böyüyür: Çahar Mahal və Bəxtiyari əyalətində on minlərlə əkinçi etiraza qalxdı

Gunaz.tv

İsfahan etirazlarının ardınca noyabrın 21-də İranın Çahar Mahal və Bəxtiyari əyalətinin Şəhri Kürd şəhərində on minlərlə əkinçi ostandarlıq qarşısında toplaşaraq, əyalət suyunun digər əyalətlərə yönləndirilməsi ilə bağlı layihənin həyata keçirilməsinə etiraz bildiriblər. 

Çahar Malal və Bəxtiyari əyalətinin 300-dən çox kəndinin susuz qaldığını bildirən etirazçılar tələbləri yerinə yetirilməyincə etirazları dayandırmayacaqlarını və hakimiyyətin yerli əhaliyə qarşı zülmü qarşısında bird aha sakit qalmayacaqlarını bildiriblər.

“Ostandar hardasan çölə çıx cavabdeh ol”, Bura Çahar Malaldır, burdan su aparmaq olmaz” və “Bu gün suyumuzu aparırlarlar, sabah isə torpağımızı aparacaqlar” və bu kimi şüarlar səsləndirən kəndlilər və əkinçilər hökumətin ölkənin su ehtiyatlarını düzgün idarə edə bilməməsinə, yerli zəhmətkeş əhalinin su baxımdan əziyyət çəkməsinə biganə yanaşmasına etiraz bildiriblər. 

Çahar Mahal və Bəxtiyari əyalətinin sakinlərinin yarısından çoxunun içməli su qıtlığından əziyyət çəkdiyini bildirən etirazçılar, əyalət suyunun susuzluqdan korluq çəkən Yəzd və İsfahan əyalətlərinə yönləndirilməsinin dayandırılmasını tələb ediblər.

Sosial şəbəkələrdə işıqlandırılan etirazlarda yerli polis və təhlükəsizlik qüvvələrinin Çahar Mahal və Bəxtiyari əyalətinin əkinçilərinin dinc etirazına qarşı hər hansı bir müdaxiləsi barədə məlumat yaılmayıb.

Xatırladaq ki, noyabrın 19-da İranın İsfahan şəhərində də yüz minlərlə əkinçi hökumətin tarixi Zayəndərud çayını qurutmasına qarşı etiraz mitinqi keçirmişdilər. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar