SON XƏBƏRLƏR

Qaşqay türklərinin İsfahandan məcburi köçürülməsinə başlanılıb

2022.04.14, 11:39
Qaşqay türklərinin İsfahandan məcburi köçürülməsinə başlanılıb

Gunaz.tv

Məlumata görə, onlar məcburi şəkildə başqa bölgələrə köçürülür.

Xüsusilə Semiromun yaylaq bölgəsində yaşayan qaşqayların evlərinin dağıdılması öncədən xəbərdarlıq etmədən həyata keçirilir.

Evləri dağıdılan qaşqayların etirazlarına cavab olaraq bildirilib ki, onların evləri əkin və otlaq sahələrdə olduğu üçün uçurulur.

Qaşqaylar onlarla qonşuluqda yaşayan qeyri-qaşqaylara qarşı eyni münasibət göstərilmədiyini və bunun məqsədli şəkildə qaşqay türklərini bölgədən çıxarmağa hesablandığını deyirlər.

Bu son bir il ərzində Fars, Kohgiluyə və Böyirəhməd və İsfahan əyalətlərində yaşayan qaşqay türklərinə qarşı edilən növbəti basqıdır.

Yanvarın 23-də Kohgiluyə və Böyirəhməd əyalətində qaşqay türklərinin torpaqlarının mənimsənilməsi və onların köçə məcbur edilmələri etirazlara səbəb olub.

Buna etiraz edən qaşqaylarla hökumət qüvvələri arasında toqquşma baş verib.

Qarşıdurma nəticəsində çox sayda qaşqay yaralanıb. Bir neçəsi həbs olunaraq “polisə müqavimət” ittihamı ilə barələrində cinayət işi açılıb.

Qeyd edək ki, İranın cənub və mərkəzi bölgələrində yaşayan qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərdən ibarətdir.
İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar