SON XƏBƏRLƏR

Şinzo Abe İranı öz nüvə öhdəliklərinə əməl etməyə çağırıb

2021.10.20, 07:36
Şinzo Abe İranı öz nüvə öhdəliklərinə əməl etməyə çağırıb

Gunaz.tv

GünAz TV: Yaponiyanın Baş naziri Şinzo Abe İran prezidenti Həsən Ruhani ilə bu gün keçirdiyi görüş zamanı rəsmi Tehranı öz nüvə öhdəliklərinə tam əməl etməyə çağırıb.

 

O, İranın nüvə razılaşmasında qaldığı təqdirdə, ölkəsinin Yaxın Şərq regionunda tərəflər arasında hakim olan gərginliyi azaltmaq üçün əlindən gələni edəcəyini deyib.

 

Həsən Ruhani isə nüvə razılaşmasının ölkəsi üçün xüsusi əhəmiyyət daşıdığını və bütün tərəflərin onun tamamilə ləğv olmasının qarşısını almaq üçün çalışacaqlarına ümidvar olduğunu bildirib.

 

Eyni zamanda, Yaponiya Xarici İşlər Nazirliyi bu gün bəyanat yayaraq, rəsmi Tokionun Yaxın Şərqdə gərginliyin azalması və stabilliyin bərqərar olmasına kömək etmək üçün İran və Amerika da daxil olmaqla, bütün tərəflərlə müzakirə aparacağını bildirib.

 

Qeyd etmək lazımdır ki, 2018-ci ilin may ayında Amerikanın İrana qarşı sanksiyaların yenidən bərpa ediləcəyini elan etməklə, nüvə razılaşmasını tərk etməsindən sonra iki ölkə arasında, eləcə də regionda gərginlik artıb.

 

İran 2019-cu ilin may ayında, Amerikanın razılaşmadan çıxmasının 1-ci il dönümündə tələblərinin yerinə yetirilmədiyi təqdirdə, öz nüvə öhdəliklərini azaldacağını bəyan etmişdi. Bu günə qədər atdığı 4 addımla, Tehran uranın zənginləşdirilməsi və depolanması həddi, mütərəqqi sentrifuqalardan istifadə və digər bu kimi sahələrdə qəbul etdiyi məhdudiyyətləri ləğv edib.

 

Son həftələr ərzində bir çox tədqiqatçılar Yaponiyanın Vaşinqtonla Tehran arasında vasitəçilik missiyası həyata keçirməyə çalışdığını deyirdilər. Lakin İran Amerika ilə müzakirələrin başladılmasının gündəlikdə olmadığını, yalnız Yaponiya rəsmilərinin təşəbbüslərini araşdıracaqlarını bəyan edirdilər.

 

Ruhaninin son 20 ildə Yaponiyaya səfər etmiş ilk yüksək vəzifəli rəsmidir. Yay aylarında Şinzo Abe də vasitəçilik missiyası həyata keçirmək üçün Tehrana gəlmişdi. O, bununla inqilabdan sonra İrana səfər etmiş ilk yapon rəsmi kimi tarixə düşüb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar