SON XƏBƏRLƏR

İslam Oyunlarının təntənəli açılışı oldu

2022.08.09, 18:52
İslam Oyunlarının təntənəli açılışı oldu

Gunaz.tv

Mərasim Konya Böyükşəhər Bələdiyyəsi Stadionunda keçirilib.

Tədbirdə Livan əsilli isveçli müğənni Maher Zain konsert proqramı ilə çıxış edib. Eyni zamanda, dron və işıq effektləri nümayiş olunub.

Açılış mərasimində ilk olaraq rəqqaslar V İslam Həmrəyliyi Oyunlarının loqosunu canlandırıblar. Oyunlar üçün xüsusi olaraq lalə formasında hazırlanmış loqo özündə 21 rəqəmini simvolizə edib. Loqoda, eyni zamanda, ərəb dilində “qardaş” sözünü bildirən “ أ خ” sözü də yer alıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır. Oyunlar zamanı 483 dəst medal sahibini tapacaq.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olundu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına isə Azərbaycan ev sahibliyi edib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar