SON XƏBƏRLƏR

İsmayıl Qaani: “Qasım Süleymanini qətlə yetirmək əməliyyatında iştirak edənlərdən intiqam alacağıq”

2022.01.05, 11:40
İsmayıl Qaani: “Qasım Süleymanini qətlə yetirmək əməliyyatında iştirak edənlərdən intiqam alacağıq”

Gunaz.tv

Məşhur terrorçunun Bağdad hava limanı yaxınlığında ABŞ-ın keçmiş prezidenti Donald Trampın birbaşa göstərişi ilə raket zərbəsi ilə məhv edilməsinin ikinci ildönümü ərəfəsində qatıldığı bir tədbirdə çıxış edən Qaani deyib ki, SEPAH gec-tez Süleymaninin intiqamını amerikalılardan alacaq.

“Biz Qasım Süleymaninin öldürülməsi əməliyyatında istər açıq, istərsə də gizli şəkildə rolu olanlardan, o cümlədən də Amerikanın keçmiş prezidenti Donald Tramp və keçmiş dövlət katibi Mayk Pompeodan intiqam alacağıq.

Bildirirəm ki, bu işdə əli olanlardan əsaslı şəkildə qisas alınacaq, lakin bizim bunun üçün öz üslubumuz var”, -deyə SEPAH terror təşkilatının “Qüds” briqadasının komandanı İsmayıl Qaani təhdid edib.

Həmçinin yanvarın 3-də Tehranda qatıldığı bir tədbirdə çıxış edən İran prezidenti İbrahim Rəisi məşhur terrorçunun öldürülməsinin ikinci ildönümünə toxunaraq, ABŞ-ın keçmiş prezidenti Donald Trampın və keçmiş dövlət katibi Mayk Pompeonun mühakimə olunmasını tələb edib.

“Tramp və Pompeo ədalətli bir məhkəmədə mühakimə olunmalı, qisas olunmalıdırlar. Hesab edirik ki, bu iki şəxs barədə Allahın hökmü icra edilməlidir”, -deyə İran prezidenti İbrahim Rəisi bildirib. 

İranda əhali arasında “Tehran qəssabı” adı ilə tanınan İbrahim Rəisi Amerikanın keçmiş hökumət başçılarından konkret nə vaxt və necə “qisas” alacaqlarını açıqlamayıb. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar