Şotlandiya daha bir müstəqillik referendumu keçirmək niyyətindədir

19.12.2019, 18:04

GünAz TV: Şotlandiyanın Birinci Naziri və Şotlandiya Milli Partiyasının (SNP) lideri Nikola Stercen mərkəzi hökumətdən daha bir müstəqillik referendumu keçirməyə icazə vermələrini, bununla bağlı səlahiyyət ötürməsi barədə danışıqlara başlamağı istəyib.

 

"Report" BBC-yə istinadən xəbər verir ki, birinci nazir rəhbərlik etdiyi SNP-ın ötən həftə ümumi seçkilər zamanı Şotlandiyaya aid 59 yerin 48-ni qazanması ilə yeni referendum üçün “əvəzsiz mandat” əldə etdiklərini bildirərək müvafiq qanun layihəsinin elə bu gün Londona göndəriləcəyini qeyd edib.

 

Yeni referenduma qarşı çıxan Baş nazir Boris Conson isə 2014-cü ildə Şotlandiyanın müstəqilliyinə dair keçirilmiş və iştirakçılarının 55 faizinin Birləşmiş Krallığın tərkibində qalmağa üstünlük verdikləri birinci referendumun nəticələrinin mötəbər olduğu qənaətindədir.

 

Qeyd edək ki, Şotlandiyada beş il əvvəl keçirilən referendumda millətçilər məğlub olsalar da, 2016-cı ildə Avropa İttifaqının üzvlüyündən çıxmaqla bağlı keçirilən referendumda bütövlükdə ölkə müsbət, Şotlandiya isə mənfi rəy bildirmişdi.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24