SON XƏBƏRLƏR

İspaniya İranda etirazçılara qarşı qəddarlığa görə bu ölkənin səfirini XİN-ə çağırıb

2022.09.28, 11:30
İspaniya İranda etirazçılara qarşı qəddarlığa görə bu ölkənin səfirini XİN-ə çağırıb

Gunaz.tv

İspaniya hökuməti İranda dinc nümayişçilərə qarşı zorakılığı qəti şəkildə pisləyən bəyanat yayıb və Tehrandan jurnalistlərin və digər vətəndaşların əsassız həbslərinə son qoymasını istəyib.

Bəyanatda həmçinin Məhsa Əmininin ölümü ilə bağlı müstəqil, şəffaf və qərəzsiz araşdırma aparılması tələb olunub.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatı hazırkı etirazlarda yüzlərlə insanın həbs edildiyini və ya yaralandığını bildirib. 

Bu təşkilat davam edən etirazlarda azı 76 nəfərin öldüyünü təsdiqləyib.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar