SON XƏBƏRLƏR

İsrail nüvə sazişi ilə bağlı tələblərinin Vaşinqton tərəfindən qəbul edildiyini açıqlayıb

2022.08.26, 00:54
İsrail nüvə sazişi ilə bağlı tələblərinin Vaşinqton tərəfindən qəbul edildiyini açıqlayıb

Gunaz.tv

Yair Lapid, Təl-Əvivin İranla nüvə razılaşması ilə bağlı tələblərinin əksəriyyətinin Amerika Birləşmiş Ştatları tərəfindən qəbul edildiyini açıqlayıb.

O, Amerikanın İsrailin narahatlığının böyük bir hissəsini İranla nüvə sazişi layihəsinə daxil etdiyini deyib.

Lapid Amerika ilə danışıqları xoş bir dəyişiklik kimi dəyərləndirib və bunu davam etdirəcəklərini söyləsə də, yenə də İranla mümkün razılaşmanı pis razılaşma adlandırıb.

Bu sözlərdən bir gün əvvəl o, İranla nüvə sazişinin Yaxın Şərqdə sabitliyi pozmaq üçün hər il 100 milyard dollar Tehran hökumətinin büdcəsinə qazanc verəcəyini demişdi.

"Akios" internet saytı da üç İsrail rəsmisinə istinadən xəbər verib ki, İsrailin milli təhlükəsizlik müşavirinin Amerika rəsmiləri ilə görüşündən sonra bu ölkə rəsmilərinin Amerikanın Hərtərəfli Birgə Fəaliyyət Planını canlandırmaq üçün danışıqlarda İrana verdiyi mümkün güzəştlərdən narahatlığı azalıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar