SON XƏBƏRLƏR

İsrail polisi hökumət əleyhinə başlayan aksiyanı dağıdıb

2023.03.27, 05:57
İsrail polisi hökumət əleyhinə başlayan aksiyanı dağıdıb

Gunaz.tv

Bu barədə İsrailin "13" telekanalı xəbər yayıb.

Polis nümayişi dağıdarkən su şırnaqlarından istifadə edib.

Əraziyə atlı polislər cəlb olunub.

Nümayişçilər bir neçə saat magistral yolu bağlayıb, yanğınlar törədiblər.

Bir neçə saat ərzində aksiyaya müdaxilə etməyən polis daha sonra onları geri çəkilməyə məcbur edib.

Qeyd edək ki, İsraildə martın 26-sı axşam saatlarında başlayan etirazlar genişlənib.

Etirazlara səbəb Baş nazir Benyamin Netanyahunun müdafiə naziri Yoav Qalantın istefaya göndərməsindən sonra baş verib.

O bu qərarı bir gün öncə Qalantın açıq şəkildə Neytanyahunun irəli sürdüyü ədliyyə və parlament islahatları haqqında çıxışına etiraz etdiyi üçün verib.

Hazırda etirazlar Qüdsdə Parlament (Knesset) binası yaxınlığında davam edir.

Aksiyalrda 600 mindən çox insan iştirak edir. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar