SON XƏBƏRLƏR

İsrail İranın bir sıra məxfi nüvə və hərbi sənədlərini internetdə yayıb

2022.06.01, 04:04
İsrail İranın bir sıra məxfi nüvə və hərbi sənədlərini internetdə yayıb

Gunaz.tv

İsrailin baş nazirinin yaydığı sənədlərdə İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə məxsus gizli məlumatları oğurlamasına dair faktlar var. 

 Baş nazir bildirib ki, həmin sənədlərdə İranın müxtəlif dövlət orqanlarının Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi aldatmaq və yoxlamalardan yayınmaq üçün istifadə etdiyi yollar qeyd edilib. 
 
Bennet əlavə edib ki, İsrailin İranın bu işlərindən xəbəri olub və birbaşa prosesi izləyib. 

Bennetin yaydığı sənədlər İsrail kəşfiyyatının İranın Kəşfiyyat, Müdafiə Nazirliyi və digər qurumlarından ələ keçirdiyi sənədlərdir. 

Bu fakt bir daha İsrailin xüsusi xidmət orqanlarının İran daxilinə böyük ölçüdə sıza bildiyi barədə iddiaların doğru olduğunu sübut edir. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar