SON XƏBƏRLƏR

"İranın nüvə proqramı çox gec olmadan dayandırılmalıdır"- İsrail XİN

2022.07.25, 07:48
"İranın nüvə proqramı çox gec olmadan dayandırılmalıdır"- İsrail XİN

Gunaz.tv

XİN özünün "tvitter" hesabı Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin İranın nüvə proqramı ilə bağlı son şərhini yenidən dərc edib.

"Nüvə sahibi olan İran təkcə İsrail üçün təhdid deyil, bəlkə bütün region və dünya üçün təhlükədir. İranın nüvə proqramı çox gec olmadan dayandırılmalıdır"-Qrossinin öncə paylaşımında bildirilmişdi.

İsrail Xarici İşlər Nazirliyinin bu reaksiyası İranda Ali Milli Təhlükəsizlik Şurasına yaxın olan "Nurnews" xəbər saytının “Mossad agentlərinin saxlanması əməliyyatı”nın yeni təfərrüatları əldə etdiyini və agentlərin İsraillə əlaqəli olduğunu iddia etməsindən bir neçə saat sonraya təsadüf edir.

İranın Kəşfiyyat Xidməti "İsfahan əyalətində ölkənin həssas mərkəzlərindən birində" "yüksək partlayış gücünə malik partlayıcılarla partlayış həyata keçirilmək planlaşdırıldığını" iddia edib. İddiada qeyd olunur ki, əməliyyatın son mərhələsinin həyata keçirilməsinə cəmi bir neçə saat qalımış onun qarşısı alınıb.

İyulun 22-də Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İranın nüvə proqramının sürətli irəlilədiyini və agentliyin bu fəaliyyətlərlə bağlı nəzarətinin məhdud baxış olduğunu açıqlayıb. 

Eyni gündə İspaniyanın "El Paiz" qəzetinə verdiyi müsahibədə Qrossi deyib ki, agentliyin İranın nüvə fəaliyyətlərinə nəzarəti təxminən son beş həftə ərzində çox məhdud olub. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar