SON XƏBƏRLƏR

İsrail İranın Suriyadakı bazasına raket zərbələri endirib

2022.07.22, 06:14
İsrail İranın Suriyadakı bazasına raket zərbələri endirib

Gunaz.tv

Suriyadakı hərbi mənbələr İsrailin Dəməşq yaxınlığındakı hədəflərə hücumu nəticəsində 3 əsgərin öldüyünü, 7 əsgərin isə yaralandığını deyib.

İsrail mediası bu hücumların hədəfinin Dəməşq ətrafında İrana məxsus dron istehsal mərkəzi və İran qüvvələri ilə Livan Hizbullah silahlılarının bazası olduğunu bildirib.

Suriyalı hərbi mənbə, hücumun günün ilk dəqiqələrində həyata keçirildiyini, İsrail qüvvələrinin Qolandan raket atəşi ilə Dəməşq kənarındakı hədəflərə hücum etdiyini açıqlayıb.

Bu, iyul ayında İsrailin Suriyada yerləşən hərbi bazalarına sayca üçüncü hücumudur.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar