SON XƏBƏRLƏR

İsrail Prezidenti Azərbaycana gəlir

2023.03.27, 09:37
İsrail Prezidenti Azərbaycana gəlir

Gunaz.tv

İsrailin "Jerusalem Post" qəzeti bununla bağlı məqalə dərc edib.

Qəzet bildirib ki, səfirin etimadnaməsini təqdim etməsi 15 gün gecikib. Muxtar Məmmədov etimadnaməsini daha tez təqdim etməli idi, ancaq İsraildə məhkəmə islahatına qarşı etirazlar səbəbindən proses gecikib.

Məqalədə qeyd olunub ki, Muxtar Məmmədov təkcə ölkəsinin İsraildəki ilk səfiri deyil, həm də əksəriyyəti şiə olan müsəlman ölkənin ilk səfiridir.

"Diplomatın keçmiş vəzifəsi təhsil nazirinin müavini olub. Amma onun əsl ixtisası beynəlxalq münasibətlərdir, o, Bakı Dövlət Universiteti və Xəzər Universitetini bitirib. O, həmçinin Avropa Kollecində Avropaşünaslıq üzrə magistr dərəcəsinə malikdir. Ana dili ilə yanaşı ingilis və fransız dillərini də bilir", - qəzet yazıb.

Hersoq Azərbaycanın zəngin və füsunkar tarixinin həvəskarı olduğunu və bu il nə vaxtsa Azərbaycana ziyarət etməyi planlaşdırdığını bildirib. Prezident Azərbaycana nə vaxt səfər edəcəyini açıqlamayıb.

Məqalədə vurğulanıb ki, Azərbaycanın xarici işlər naziri Cayhun Bayramovun bu həftə İsrailə səfər edəcəyi və cümə axşamı Hersoqla görüşü gözlənilir. (modern)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar