SON XƏBƏRLƏR

İsrail Suriyada İranın mövqelərinə raket zərbələri endirib

2022.05.14, 01:01
İsrail Suriyada İranın mövqelərinə raket zərbələri endirib

Gunaz.tv

Suriya İnsan Haqları Monitorinqi Qrupunun məlumatına görə, azı 8 raket zərbəsi nəticəsində yaraqlılara məxsus silah anbarı və digər hərbi infrastruktur məhv edilib. 

Hələlik ölən və yaralananların sayı barədə məlumat verilmir. Ancaq hadisə yerinə çoxlu sayda ambulansların getdiyi bildirilir.

Bununla yanaşı İran İnqilab keşikçiləri Korpusunun media orqanı Türkiyənin qeyri-rəsmi mediasına istinadən Türkiyə ordusunun İranın Suriyadakı hərbi bazasına artilleriya zərbələri endirdiyini yazıb.

“Suriyada hərbi bazamıza hücum edən İran hərbçiləri İsrail qırıcıları və Türkiyə artilleriyası vasitəsilə bombalandı”-deyə, məlumatda qeyd olunub. 

Qeyd edək ki, mayın 13-də Əsəd rejimi və İran silahlılarının Hələbin qərbindəki Türkiyə Ordusuna məxsus Şeyx Süleyman hərbi bazasını top və artilleriya atəşinə tutub. 

Türk Ordusu cavab olaraq Hələbdəki İran silahlılarının hərbi bazasını raket atəşi ilə vurub. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar