SON XƏBƏRLƏR

İsrail XİN: Azərbaycanın Təl-Əvivdə səfirlik açması tarixi qərardır

2022.11.18, 16:29
İsrail XİN: Azərbaycanın Təl-Əvivdə səfirlik açması tarixi qərardır

Gunaz.tv

Bu barədə İsrail Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

“Bu gün (18 noyabr 2022-ci il) Azərbaycan parlamenti Azərbaycanın İsraildə, Təl-Əvivdə səfirliyinin açılması ilə bağlı tarixi qərar qəbul edib. Bu, əhalisinin əksəriyyətinin şiə olduğu müsəlman ölkəsinin İsraildə ilk səfirliyi olacaq”, - bildirilib.

Qeyd edək ki, Azərbaycanın İsraildə səfirliyi təsis edilir. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb. 

Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar