SON XƏBƏRLƏR

İsrailin baş naziri - “Gecə-gündüz İranla mübarizə aparırıq”

2022.02.15, 08:50
İsrailin baş naziri - “Gecə-gündüz İranla mübarizə aparırıq”

Gunaz.tv

Bəhreynin “Əl-əyyam” qəzetinə müsahibə verən baş nazir Bəhreynə səfəri çərçivəsində bu ölkə ilə müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik və turizm məsələlərinin müzakirə olunacağını söyləyib.

Bennet İranı və ona bağlı olan qrupları bölgənin təhlükəsizlik və sabitliyini pozan əsas amillər kimi tanıdıb və bunun qarşısının alınması üçün davamlı mübarizə apardıqlarını qeyd edib.

“Prezident Bayden son 50 ildə İsrailin əsl dostu olub. O, bizim təhlükəsizlik ehtiyaclarımızın nə olduğunu başa düşür.

Düşünürük ki, İranla müqavilə imzalamaq strateji səhvdir, çünki bu saziş ölkəyə nüvə imkanlarını qoruyub saxlamağa və yüz milyardlarla dollar qazanmağa imkan verəcək”-deyə, İsrailin baş naziri Viyanada keçirilən nüvə danışıqlarına işarə edərək bildirib.

Qeyd edək ki, bundan öncə İsrailin müdafiə Naziri Benni Qants elan olunmamış səfərlə Bəhreynin paytaxtı Mənaməyə səfər edib və bəhreynli həmkarı Abdullah bin Həsən əl-Nəimi ilə görüşündə Mənamə ilə təhlükəsizlik müqaviləsi imzalayıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar