SON XƏBƏRLƏR

İsrailin baş naziri İranla nüvə razılaşmalarına inanmadıqlarını deyib

2022.03.07, 04:47
İsrailin baş naziri İranla nüvə razılaşmalarına inanmadıqlarını deyib

Gunaz.tv

“İsrail bu razılaşma ilə bağlı mövqyi aydındır.

İsrail hər hansı müsbət irəliləyişə inanmır və özünü ondan irəli gələn öhdəliklərə sadiq olmağa borclu bilmir”-deyə, baş nazir martın 6-da mediaya verdiyi açıqlamada bildirib.

Naftali Bennet Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktorunun İran hökumətinin Tehranın bir neçə şübhəli nüvə obyektindəki fəaliyyət dosiyelərini bağlamaq tələbinə müsbət cavab verməməsini vacib və peşəkar qərar adlandırıb.

“Həftə sonu önəmli və müsbət hadisə baş verdi. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Tehrana gedib və siyasi təzyiqlərə baxmayaraq, İranın açıq faylları bağlamaq tələbinə müsbət cavab verməmək qərarına gəldi”-deyə, o, Qrossinin hərəkətini alqışlayıb.

Martın 5-i axşam saatlarında Tehrana 24 saatlıq səfərdən qayıdan və İran İslam Respublikasında Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami və bir sıra başqa rəsmilərlə söhbət edən Rafael Qrossi İranın şübhəli nüvə fəaliyyəti ilə bağlı işin MAQATE-də hələ də açıq qaldığını deyib.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar