“Türkiyə təhlükəsizlik qüvvələri ilə əməliyyat səyləri öz bəhrəsini verdi. Son günlərdə İsrail-Türkiyə birgə səyləri nəticəsində biz bir sıra terror cəhdlərinin qarşısını aldıq və çox sayda terrorçu Türkiyə ərazisində həbs olundu”, - Baş nazir qeyd edib.
Bennet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göstərdiyi səylərə görə təşəkkür edib.
O, israillilərə və yəhudilərə qarşı İranın səylərinin qarşısının alınması ilə bağlı birgə işlərin davam etdirildiyini vurğulayıb.
Qeyd edək ki, Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinə qarşı əməliyyat keçirib və israilli turistlərə qarşı terror törətmək istəyən İrana bağlı şəxsləri saxlayıb.
Türkiyənin 18 şəhərində eyni vaxtda keçirilən əməliyyat nəticəsində bir çoxu SEPAH-ın Qüds qüvvələrinin üzvü olan şəxslər həbs olunub.
Cavidan