SON XƏBƏRLƏR

"İran Suriyanın 10 hərbi bazasını qabaqcıl raketlərin istehsalı fabriklərinə çevirib"-Benni Qantz

2022.09.13, 10:30
"İran Suriyanın 10 hərbi bazasını qabaqcıl raketlərin istehsalı fabriklərinə çevirib"-Benni Qantz

Gunaz.tv

O, deyib ki, İran İslam Respublikası Suriyadakı 10-dan çox bazada hərbi obyektlərdən istifadə etməklə silah istehsal edir və bölgədəki proksi qüvvələrini qidalandırır.

Benni Qantz Suriyadakı hərbi bazaların xəritəsini göstərərək, Suriyanın dövlət qurumlarının raket və silah istehsalında İranla əməkdaşlıq etdiklərini açıqlayıb.

Nyu-Yorkda keçirilən konfransda o, İranın Masyaf bölgəsindəki Suriya elmi tədqiqat və tədqiqat mərkəzini orta və uzun mənzilli raket istehsalı zavoduna çevirdiyini deyib.

Nazir onları Livan "Hizbullah"ının və özünün bölgədəki digər proksi qüvvələrinin ixtiyarına verdiyini vurğulayıb. 

İsrailin müdafiə naziri bildirib ki, regionda “qorxu və dəhşət yaymaqdan” başqa məqsədi olmayan bu siyasət İraqda Amerika dronları tərəfindən öldürülən SEPAH-ın “Qüds” qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin dövründən başlayıb və bunu dayandırmaq lazımdır. 

Timur
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar