SON XƏBƏRLƏR

İsrailin milli təhlükəsizlik müşaviri: "Son bir ildə İranda bir neçə dəfə əməliyyat keçirmişik"

2022.07.15, 04:35
İsrailin milli təhlükəsizlik müşaviri: "Son bir ildə İranda bir neçə dəfə əməliyyat keçirmişik"

Gunaz.tv

İsrailin "Kanal 13" televiziyasına müsahibə verən Eyal Xolata "İsrail İrana qarşı təkbaşına və hətta Amerikanın basqısına məruz qalsa belə, hərəkətə keçəcəkmi" sualına cavab olaraq son bir ildə dəfələrlə İranda əməliyyatlar keçirdiklərini deyib.

"Prezident Bayden həmişə diplomatik həllə üstünlük verdiyini, ancaq başqa həll yolları olmadığı təqdirdə İrana qarşı hərbi güc tətbiq edəcəyini bildirib.

Mən Amerika prezidentinin məşhur sözlərindən biri olan “güclər blef etmir” sözünü dəfələrlə eşitmişəm. Bunu ciddi qəbul emək lazımdı"-deyə, Xolata bildirib.

O, fərqli yollara əl atdıqları və İranda nə etdikləri barədə Amerikanı məlumatlandırmaqdan çəkinmədiklərini söyləyib.

"İsrail istədiyi kimi hərəkət edəcək. Biz son bir ildə İranda bir çox addımlar atmışıq və Amerika bizi dəstəkləyir. Biz rasional və məsuliyyətlə hərəkət edirik.

Hamı görür ki, bu, Amerika prezidenti ilə İsrail arasındakı münasibətlərə xələl gətirmir"-deyə, milli təhlükəsizlik müşaviri qeyd edib.

Adlarının çəkilməsini istəməyən bir neçə yüksək vəzifəli İsrail rəsmisi daha əvvəl 2022-ci ildə İranda Mossadın əməliyyatlarını təsdiqləyib, bəzi Amerika mənbələri də əməliyyatı İsraillə əlaqələndirib.

Buna baxmayaraq, Eyal Xolat İsrailin İranda əməliyyatını açıq şəkildə təsdiqləyən ilk rəsmidir.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar