GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Türkiyə XİN İsraillə İrana çağırış edib
"G7" ölkələri İsrailin İrana hücumunu müzakirə edəcək
Bu gün Sulduz əhalisinin qətliamının ildönümüdür
İsrailin daxili təhlükəsizlik naziri İrana hücumdan danışdı
İran MN: İsfahan üzərində vurulan PUA-lar sınaq məqsədilə buraxılıb
Ölkələr və beynəlxalq təşkilatlar İsrailin hücumuna necə reaksiya verdi? - ARAŞDIRMA
AK İran və İsraildən gərginliyi artırmamağı istədi
İsrailin hücumu mesaj idi: Biz daha pisini də edə bilərdik
Avstraliya İranın cavab hücumuna görə xəbərdarlıq etdi
İsrailin İrana həmləsi nəticəsində neftin qiyməti artıb
İsrailin hücum təhlükəsinə görə İranın casus gəmisi Qırmızı dənizi tərk etdi
İrandan geri addım: Dərhal cavab verməyəcəyik!
İsrail Suriyanın şimalını bombalayıb
"İran nüvə silahı istehsalına çox yaxındır"- Agentlik
Rusiya Ukraynaya aviazərbələr endirib: ölən və yaralananlar var
AEBA rəhbəri İran və İsrailə çağırış etdi
Güneyli aktivist məzuniyyətə göndərilib
Təbrizdə güclü partlayış səsləri eşidilib
İsrail niyə İsfahanı hədəf aldı?
TƏCİLİ: ABŞ-ın Qüdsdəki səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb
İsrailin zərbəsi ilə bağlı ilkin DETALLAR!
İsrail İrana hava zərbələri endirib
Hücum gecəsi İsveçrə səfiri SEPAH-a çağırılıb
Rusiyalı ekspert: Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir
Rusiya XİN: Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir
Ağalı kəndində silah-sursat aşkar edilib
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
İranın iqtisadiyyatı endirimli neft satışı hesabına inkişaf edib
Rusiya XİN Brüssel danışıqlarına dair sızan məlumatlarla bağlı Ermənistandan dəqiq reaksiya gözləyir
Azərbaycanlı müəllim həbs cəzasını çəkmək üçün çağırıldı
Terrorçu qrupları dəstəkləyən şəxs Azərbaycanlı şərhçiyə həmlə edib
İran həbsxanalarında 5 məhkum edam edildi
ABŞ İsrailin İrana əks-hücum etməməsi müqabilində Rəfah əməliyyatını təsdiqləyib
Hizbullahın İsrailə həmlə üçün sitifadə etdiyi PUA İran istehsalı olub
İran bölgə ölkələrini təhdid etməyi davam etdirir - Cəzalandırılacaqlar
İsrail Avropa İttifaqının İrana qarşı yeni sanksiyalarını alqışlayıb
Kərim Fəyyazi yol qəzası nəticəsində həyatını itirib
Dövlət Xidməti: Ermənilərin Xudavəng monastırında törətdikləri vandalizmlə bağlı lazımi addımlar atılacaq
Güneyli aktivistlər prokurorluğa çağırılıb
Nərgiz Məhəmmədi: İran rejimi qadınlara qarşı müharibə elan edib
ABŞ Dövlət Departamenti Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinə münasibət bildirib
İrana qarşı yeni sanksiyalara görə AB-nin sammiti çağırılacaq - AB liderləri bəyanat yaydı
Milli fəal saxlanılaraq həbsxanaya köçürüldü
Adıçəkilən nəşrdə çalışdığı 10 il ərzində müxbirlikdən başlayıb rusdilli qəzetin rəhbərliyinədək yüksələn M.Qorin eyni zamanda Moskva şəhərindəki Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu qiyabi başa vurub. 1992-ci ildə ailəsilə birgə İsrailə köçmüş həmvətənimiz müxtəlif KİV-də çalışıb, daxili və xarici siyasət məsələlərini işıqlandırıb.
Bu gün rusdilli “Əlif Bet” telekanalının əməkdaşı Mark Qorin “Report”a müsahibəsində İranın ölkəmizə qarşı son addımlarına münasibətini ifadə edib, bu yaxınlarda Azərbaycana gəlməsilə bağlı təəssüratlarını bölüşüb.
- Son günlər İran rəsmiləri Azərbaycanla bağlı sərt bəyanatlar verir. Qonşu ölkə 30 ilə yaxındır yada salmadıqları Azərbaycan sərhədi yaxınlığında birdən-birə hərbi təlimlər belə keçirir. Bu narahatlığın arxasında nələr durur?
- İranın narahatlığı yeni məsələ deyil, kökləri uzaq keçmişdən qaynaqlanır. Sırf bugünkü hadisələrə gəlincə, əvvəla, Azərbaycanın müasir, sivil, zəngin, güclü dövlət qurması, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda da Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müstəqil xarici siyasət yeritməsi İran rəhbərlərini bərk qıcıqlandırır. İkinci səbəb, heç şübhəsiz, Ermənistan üzərində qələbəsi nəticəsində regiondakı nüfuzunun daha da artmasıdır. Belə ki, İran Ermənistanın çoxdankı müttəfiqlərindəndir, bu da Azərbaycanı zəiflətmək istəyilə bağlıdır.
Çünki İranda yaşayan 35-40 milyon azərbaycanlı təbii olaraq müstəqil Azərbaycan dövlətinə rəğbət bəsləyir. İndi onların hərtərəfli yardımlarını əsirgəmədiyi Ermənistanın 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətə düçar olması əlbəttə, onlara yer etməyə bilməzdi. Üstəlik, Azərbaycanın başqa türk dövlətlərilə yaxınlaşması da İran başbilənlərini narahat edir.
Daha bir məsələ nüvə razılaşmasına dair Vyana danışıqları ilə bağlı İranın mürəkkəb beynəlxalq vəziyyətilə bağlıdır. Belə ki, ABŞ İranın havası ilə oynamaq fikrində deyil.
Bundan əlavə, Azərbaycanın Ermənistana qarşı müharibədə İsraildən dəstək alması da Tehranı qıcıqlandırmaya bilməzdi. Halbuki burada söhbət yardımdan yox, hərbi məhsullar alış-verişindən gedir. Azərbaycanın bizim ölkədən milyardlarla dollar həcmində ən modern hərbi avadanlıq alması hamıya məlumdur. Bizə gəlincə, hamının bildiyi köhnə bir həqiqət var: İsrail dostlarını darda qoymaz.
Nəhayət, Azərbaycan hökuməti vaxtilə işğal altında olmuş torpaqlar üzərindən Ermənistana qaçaq mallar, o cümlədən narkotik vasitələr daşıyan İran tırlarının qarşısını kəsdi. Həmin narkotik vasitələr daha sonra Avropaya, dünyanın başqa regionlarına yol tapır, insanları zəhərləyirdi.
Bu qədər mühüm gəlir mənbəyinin əldən çıxmasını həzm etmək asan deyil. Bu məsələ ilə bağlı milli təhlükəsizlik müşaviri Con Bolton Nikol Paşinyanla görüşündə Ermənistanı İrana qarşı sanksiyaları pozmaqda da qınamışdı.
- Sizcə, İran tərəfi niyə Ermənistanın təhlükəsizliyinə özünü məsul hiss edir?
- Onlar özlərini heç nəyə məsul hesab etmirlər. Lakin Ermənistana yardım etməyə İranı iki amil sövq edir. Birincisi, onlar bununla Azərbaycanın qarşısını aldıqlarını zənn edirlər. Bundan savayı, mənim şəxsi fikrimcə, burada Fransa və bir sıra başqa ölkələrin daxili seçici məsələlərilə bağlı süni Ermənistan təəssübkeşliyinə züy tutmaq məqamı da var.
- Başqa vaxt özlərini islamın, müsəlman dəyərlərinin himayəçisi kimi qələmə verən İran rəhbərləri Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində islam mədəniyyətinə, irsinə aid abidələrin məhv edilməsinə, təhqir olunmasına bir dəfə də olsun münasibət bildirməyib. Belə bir siyasətə nə ad vermək olar?
- Mən ilahiyyatda səriştəli olmasam da, jurnalist və politoloq olaraq görür və deyə bilərəm ki, İran molla hökumətinin mövqeyi heç də islam dəyərlərilə müəyyən olunmur. Məncə, şiəliyi təbliğ etməkdən qalmayan bu rejim əslində dini siyasi məqsədləri üçün istifadə edir. Bu yaxınlarda Azərbaycanda olanda Qarabağa getmiş, orada ermənilərin məscidləri mal-qara tövləsinə çevirdiklərini öz gözümlə görmüşdüm. Belə təhqir İran şiələrini qəzəbləndirməliydi, amma bildiyimiz kimi, onlardan səs çıxmadı. İsrail jurnalistləri, dindən uzaq insanlar bu mənzərədən sarsılmış və gördüklərini mətbuatda hiddətlə təsvir etdikləri halda islam dəyərlərinin dırnağarası təəssübkeşləri səslərini çıxarmadılar. İsraildəki ərəb mənşəli vətəndaşların müdafiəçisi donuna bürünən İran rejimi öz ölkəsindəki milli azlıqları amansız təzyiqlərə məruz qoyur.
- Yeri gəlmişkən, bu günlərdə İran mollaları tərəfindən belə bir qəribə mülahizə səsləndirildi: Azərbaycan guya sionizmin istehkamıdır. Bu barədə fikriniz?
- Bu sözləri ancaq məkrli və eyni zamanda cəfəng boşboğazlıq kimi dəyərləndirmək olar. Sionizmin təkcə bir istehkamı var, o da İsraildir. Ölkəmizin Azərbaycanla dostluğunun bünövrəsi Azərbaycanda əsrlərlə yaşayan, heç bir ayrı-seçkilik görməyən, öz vətəni saydıqları bu ölkəyə sədaqətli olan on minlərlə yəhudinin istiqbalıdır. Odur ki, İsrail çətin məqamda sizə əl tutmağa çalışır, yaxşı və yaman gündə yanınızdadır. Azərbaycanın yəhudilərə münasibətinə canlı misal qarşınızdadır.
Mən Ukraynada təhsil almışam, jurnalist olmaq arzusu ilə yaşamışam. İstedadlı olduğumu desələr də, sovet Ukraynasında bizim millətin peşəkar jurnalist olmaq imkanı yox idi. Amma Azərbaycan məni qəbul etdi, arzularımın çin olmasına şərait yaratdı.
“Kommunist Sumqaita” qəzetində ibtidai dərəcədən başlayaraq, baş redaktor müavinliyinədək yüksəldim, peşəkar və şəxsiyyət kimi formalaşdım. Mənim üçün bu, çox əhəmiyyətlidir. Mənim kimi yüzlərlə, minlərlə misallar çəkmək olar. Biz İsraildə yaşayan Azərbaycandan gələnlər olaraq, səfirliyin açılmasını çox istəyirik. Geosiyasətlə bağlı müəyyən həssas amillərə baxmayaraq, bir gün bu arzunun da çin olacağına inanırıq.
İsrailə istehkamlar yox, dostlar lazımdır. Biz bir çox müsəlman ölkələrilə də dostluq edir, bunun hər iki tərəf üçün faydalı olduğunu düşünürük. (report.az)
Ayxan
Bu gün Sulduz əhalisinin qətliamının ildönümüdür
İsrailin hücumu mesaj idi: Biz daha pisini də edə bilərdik
İsrail Suriyanın şimalını bombalayıb
İsrail niyə İsfahanı hədəf aldı?
İsrail İrana hava zərbələri endirib
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
İran bölgə ölkələrini təhdid etməyi davam etdirir - Cəzalandırılacaqlar
İrana qarşı yeni sanksiyalara görə AB-nin sammiti çağırılacaq - AB liderləri bəyanat yaydı
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycandan vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib
İran səfiri yenə qırmızı xətdən danışdı
Kreml: Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasına başlanılıb
Kemeron: İsrailin İranın hücumuna cavab vermək qərarı verdiyi aydındır
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb
Sistan və Bəlucistanda zəlzələ olub
İsrail-İran qarşıdurması "Traxtur"un baş məşqçisinin istefasına səbəb oldu
Prezident: Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq
Israil XİN 32 ölkəni SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırıb
"Traxtur" tərəfdarının dəfn mərasimində qarşıdurma- Hökumət qüvvələri zor tətbiq etdi
XİN: Ağır cinayətlər törədənlər istisna olmaqla, Azərbaycan bütün saxlanılanları Ermənistana qaytarıb
Hicaba görə yüzlərlə qadın həbs edilib
Pakistan İrana bağlı silahlı qruplaşmanı terror təşkilatı elan etdi
Fransa da İran səmasından uşuçlarını dayandırıb
Ağdamda 2 nəfər minaya düşüb
Səhənd stadionunda Azərbaycan bayrağı qaldırıldı
İranın HƏMAS-a maliyyə yardımı ilə bağlı məktub ələ keçdi
Ermənistan tərəfi Azərbaycan sərhədçilərinə atəş açdığını etiraf edib
İran PUA-ları İsrailə çatmadan vurulub
Şorabildə ekoloji problem - Balıqlar məhv olur
Media: İsrail İranın hücumuna tezliklə cavab verəcək
İsrail Livana aviazərbələr endirib
İrana bağlı daha iki şəxs saxlanılıb
Bayden: "Hərbçilərimizin bacarığı sayəsində İsrailə yönəlmiş PUA və raketləri vurduq"
Rişi Sunak: “Böyük Britaniya İsrailin və bütün regional tərəfdaşların təhlükəsizliyini müdafiə edəcək”
Avropa Birliyi İranın İsrailə hücumunu pislədi
İsrail Hizbullah terror təşkilatının silah istehsal edən obyektlərini məhv etdi
İordan İran PUA-larının izlənilməzində İsrailə köməklik edib
Milli fəallar istintaq idarəsinə çağırılıb
İran İsrailə ballistik raketlər atıb