SON XƏBƏRLƏR

“Associated Press”: "İranın Ərəbistana hücumu mümkündür"

2022.11.02, 07:25
“Associated Press”: "İranın Ərəbistana hücumu mümkündür"

Gunaz.tv

Üç Amerika rəsmisi noyabrın 1-də Associated Press agentliyinə bildiriblər ki, Səudiyyə Ərəbistanı Amerika rəsmilərinə İranın bu ölkəyə qaçılmaz hücuma hazırlaşdığına işarə edən məlumat verib.

Amerikalı məmurlardan biri bildirib ki, məlumat bu hücumun yaxın gələcəkdə və ya yaxın 48 saat ərzində mümkünlüyünü göstərir.

Eyni zəmində başqa bir məmur CNN-ə bildirib ki, Amerika və Səudiyyə Ərəbistanı arasında mübadilə edilən məlumat İranın Yaxın Şərqdə, xüsusən də Səudiyyə Ərəbistanında enerji infrastrukturuna qaçılmaz hücum planlaşdırdığına dəlalət edir.

Səudiyyə rəsmisi həmçinin CNN-ə deyib ki, Ər-Riyad Amerikaya “mümkün hücum” barədə məlumat verib, ancaq mənbə hücumla bağlı konkret təfərrüata toxunmayıb.

Başqa bir Amerika rəsmisi CNN-ə bildirib ki, AmerikanIn F-22 qırıcıları hazırda Səudiyyə Ərəbistanında istənilən təhlükə ilə mübarizə aparmaq üçün hazırdırlar.

Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays bununla bağlı suala cavab olaraq bildirib ki, Birləşmiş Ştatlar bu təhlükənin perspektivindən narahatdır və səudiyyəlilərlə hərbi, diplomatik və kəşfiyyat kanalları vasitəsilə daim təmasdadır. 

Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, Amerika “özünün və regiondakı tərəfdaşlarının maraqlarını müdafiə etməkdə” tərəddüd etməyəcək.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar