SON XƏBƏRLƏR

Rüstəm Muradov: "Rus sülhməramlıları bu işə son qoyacaq"

2021.12.09, 14:34
Rüstəm Muradov: "Rus sülhməramlıları bu işə son qoyacaq"

Gunaz.tv

Bu barədə TASS-a Rusiyanın Cənub Hərbi Dairəsinin komandanının müavini Rüstəm Muradov bildirib.

“Bu günə qədər Azərbaycan tərəfinin bütün hərbçiləri geri qaytarılıb və erməni hərbi əsirlərin qaytarılması istiqamətində işlər davam edir, yaxşı müsbət, anlaşma var. Hesab edirəm ki, bu məsələ tamamilə bağlanmalıdır. Rusiya sülhməramlıları isə bu işə son qoyacaqlar”, - Muradov bildirib.

O qeyd edib ki, məhbusların geri qaytarılması ilə bağlı işi sülhməramlının vətəndaşlıq borcu hesab edir.

“Mən hərbçi kimi anlayıram ki, müharibə əsirləri kimlərdir, əsirlikdə olarkən hansı hisslər keçiriblər. Mən Bakıya uçan ilk uçuşu xatırlayıram və qayıdanda həmin hərbçilərin artıq İrəvana, Erebuni aerodromuna uçan zaman üzlərini gördüm. Göz yaşı tökdülər, evə qayıtdıqlarına inanmadılar”, - Muradov bildirib.

Qeyd edək ki, Azərbaycanda hazırda həbsdə saxlanılan ermənilər hərbi əməliyyatlar başa çatandan sonra təxribat məqsədilə Azərbaycan ərazisinə gəlmiş və hərbçilərimizi qətlə yetirmiş şəxslərdir. (turkustan.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar